Məşədi İbad - 2
Azərbaycanın ilk klassik Don Juanı, “Tarixi Nadir” kitabının yarısına vurulub qalan fanatı, həm də özünü iş adamı və biznesmen kimi təqdim edən “yumruq humanisti” Məşədi İbaddır. Amma baxın, burada bir “detal” var ki, nəinki erməni arvadı yoxdur, hətta olsa belə, o da yalnız bazarlıq və məsləhət üçün olar. Məşədi bir az sadəlövh, bir az da inancını şirin saxlayan adamdır. Ətrafında isə hər peşədən bir diplomlu dələduz sürüsü dolaşır. Yazığın yeganə səhvi isə cavan qızla ailə həyatı qurmaq həvəsidir.
Toy gecəsində oğlanın gəlin libasında görünməsi filmə gözucu baxanların beynində dərhal sual işarəsi yandırır ki, bu keçəl kişi əslində nə istəyir ?
Cavabını isə onun “Tarixi Nadir” kitabını yarıya qədər oxumasından tapmaq olar elə indiki iqtisadiyyatı “yarıyacan” bilən insanlar kimi.
Qazetçi obrazı ayrıca möhtəşəmdir, yalan məlumat yayan, özünü media nəhəngi kimi satan, amma cızma-qara məqalədən başqa bir şey ortaya qoya bilməyən. Bəzi sayt redaktorları kimi. Məşədinin güzgü qabağında papaqlı ölçü-biçisi isə ayrıca bölgələrə yad olan mırt obrazlarına sancmadır. Hətta filmdə hambal obrazı da dolların qalxması və bank borcunun altında əzilən camaatın simvoludur.
Axırda udan təkcə Sənəm olur ortada gəzişir, gəzişir, sonda Məşədini qazanır. Məşədi İbad isə, əslində, pulu olan, amma bu məmləkəti talamayan milli varlı obrazıdır. Dükanında oturub işini görür, hay-küyə qarışmır. Amma Bığlı Bəy və tayfası onun puluna, qeyrətinə göz dikir.
Cavan qızla dialoqu isə açıq-aşkar mesajdır: Məşədi özünə azərbaycanlı xanım arvad almaq istəyir, heç kimə dil-diş də salmır. Qoy bəzilərinin “erməni gəlin” təcrübəsi onlarda qalsın.
Məşədi İbad tarixi obrazdır, həm saflığı, həm də sadəlövhliyi ilə. Amma saxtalığın içində “xalis” bir insan.
P.S. – Başınıza dəysin o kartofla budlar! Vətənimdə pul qazanıb üstəlik özünü “ağa” göstərən qoduqlar
Alxas Məmmədov.
Oxunub: 20