Alxas Santos Başbilən. Millinin xilası mənim əlimdədir.



Alxas Santos Başbilən.
 Millinin xilası mənim əlimdədir.
Əziz azarkeşlər, hörmətli futbolsevərlər!
Mən, Alxas Santos Başbilən, tam ciddi şəkildə milli komandanın baş məşqçisi postuna öz namizədliyimi irəli sürürəm.
Niyə məhz mən?
- Futbolun nə olduğunu bilirəm, top dairəvii, meydan düzbucaqlıdır, qayda isə dəyişmir, kim pulu çox verirsə, o da qalib gəlir.
- Yaşlı bir məşqçiyəm. Bu, o deməkdir ki, hər oyunda təcrübə bəhanəm hazırdır. Birdə ki, milli mentalitetlə ağsaqqal vseqda prav. Hə birdə Praqva neçəyə başa gəlir ?
- Pul hardadısa mən də ordayam. Yəni, AFFA nın büdcəsi ilə mənim yolum həmişə üst-üstə düşür.
- Oyunu satıb almağı bacarıram. Bu bacarıq mənə həm idman, həm də bazar həyatında kömək edir. Lazım olsa, penalti də kreditə verərəm.
- Futbolçulara motivasiya verə bilirəm, amma əsasən ağır sözlərlə. Axı bəzən ən yaxşı taktika qışqırmaqdır.
Gələcək planım;
- Millini Avropanın ən bahalı sonuncu yerinə çıxarmaq.
Hər məğlubiyyəti taktiki gediş kimi təqdim etmək.
Qələbə olsa.  bütün şan-şöhrəti özüm götürmək.
Əziz AFFA rəhbərləri, mənim namizədliyimi nəzərdən keçirin. Çünki Fernandu Santuş gedər, Alxas Santos gələr, millinin faciəsi dəyişməz.
Mənı səs verin....

-----------------------------------------------------------------------------------------

Satuşun şərəfinə bir tuş.
Satirik Yazı
Bu qoca aktyoru qınamayın. Adam elə bil neçə ildir burda yaşayır, qanına bizim xasiyyət keçib. Pulunu alır, bizi loxlayır. Əsl bizimkiləşmə prosesi gedir, özüdə master class.
Amma məsələ təkcə onda deyil. Günahkar həm də o dörd hərfli qurumdur. Hə, o qurum ki, futbol deyil, pul topu oynayır. Digər tərəfdən oyunçular, meydanda elə gəzirlər ki, sanki qaçış yox, podiyum yarışındadırlar.
Loğa yeriş, tirpaş danışığ, dikbaş baxış və ördək kimi oyun
Bu qədər ağır sözləri eşidən meyit belə dirilər, amma bunların ruhu yoxdu. Bircə şey varları ki, pulumuz gəlsin..
Baş məşqçinin cavabı isə lap şah əsərdir:
- Getmirəm. İstəyirsizsə, pulumu ödəyin, gedim.
Ayə düz deyir, loxdan pulu belə alarlarda. Vallah, bu cavab hər şeyi aydınlaşdırır. Futbol yox, pulbol.

--------------------------------------------------------------------------------------------------------

Əsəbdən yazmışam.
Fantaziyamdı.
Arnar Qunnlauqssonun matçdan sonra satirik müsahibəsi
- Mən sizə düzünü deyim, biz meydana çıxanda elə bil bir qoca kişini gətirmişdilər, yanında da bir dəstə qaz. Vallah, nə deyim, biz oynayırdıq, onlar isə sanki uşaq bağçasında qaçdı-tutdu oynayırdılar. 
Birinci hissədə düşündüm ki, yəqin zarafat edir, ikinci hissədə başa düşdüm ki, yox, bunlar ciddi qrupdu, sadəcə futbolu başqa şeylə səhv salıblar. Mənim futbolçularım isə gülə-gülə oynayırdı, biri qol vuranda, o biri soruşurdu ki, bunlar hara qalır...
Oyun bitəndə rəqibdən bir nəfər gəlib dedi ki. qardaş, siz bizi bu gün aldadıb başqa oyuna gətirmisiniz. Mən də cavab verdim ki, yox, bu futboldu, sadəcə siz hələ ora gəlməmisiniz...

--------------------------------------------------------------------------------------------

Azərbaycan Futbolunun sehrbazları və münəccimləri.
Azərbaycan futbolunun taleyi uzun zamandır topun dalınca qaçmaq yox, ulduz falına baxmaqla həll olunur. Qurumun adı futbol federasiyasıdır, amma elə bil Sehrbazlar Akademiyasıdır. Birinci heyətdə məşqçilər, ikinci heyətdə cadugərlər, üçüncü heyətdə isə astrologlar çıxış edir. Hər oyun öncəsi məşq deyil, fal açılır ki, bu gün top qapıya girəcək, ya yox ?
Stadion isə ayrıca möcüzədir. Azarkeşlər ora elə gedir ki, guya toydu amma könülsüz toy. Toyda klonlar, tərxələr necə çıxış edir, bizim futbolçular da meydanda eyni cür oynayır. Tamaşaçı əvvəl əsəbiləşir, sonra da gülür. Axı necə gülməsin ki, dünya futbolunda rəqiblər topu qapıya vurur, bizimkilər isə topu stadiondan çıxarır.
Ən maraqlısı odur ki, biz artıq qurban da gətirməkdən qorxuruq. Çünki birdən kimsə təklif eləyər ki, Qurban-Qurbanovu da gətirək vəzifəyə. Elə o anda futbolun üstündən tamam xətt çəkə bilərik. Əsl günahkar kimdir ? Mən deyimdə, azarkeşin özüdür. Qardaş, sən niyə gedirsən stadiona ? Boykot elə, boş qoy tribunaları. Onsuz da meydanda oynayan yoxdur, heç olmasa tribunada oturan da olmasın.
Azərbaycan futbolu bu gün nədir ? Heç nə. Heç nədən də aşağı. Yoldan keçən gəlir, bizi udur. Bizim millinin adı “Milli”dir, amma özü sanki “Milli Sirklər Birliyi”dir. Çünki hamı baxanda ya təəccüblənir, ya da gülür.
Qısası, bu qurumdan futbol gözləməyin. Əgər futbolu diriltmək istəyirsinizsə, əvvəlcə bu qurumu ləğv edin. Yox, əgər tamaşa istəyirsinizsə, qoy qalsın. Kloun tamaşaları azalmayacaq.

Alxas Məmmədov.



Oxunub: 95
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az