Şirvanın səsi qrupunun fəal üzvü, sülhün carçısı, Elza Gülməmmədova.





Şirvanın səsi qrupunun fəal üzvü, sülhün carçısı, Elza Gülməmmədova.
Azərbaycan ədəbiyyatında və mədəniyyətində öz dəsti-xətti ilə seçilən qadınlarımızdan biri də Gülməmmədova Elza Rəşad Osman qızıdır. 1957-ci il fevralın 16-da Oğuz rayonunun Xaçmaz kəndində dünyaya göz açan Elza xanım həyat yolunu elm, mədəniyyət və sülh missiyası ilə işıqlandırmışdır.
Uşaqlıq illərini doğma kəndində keçirən Elza xanım orta təhsilini Qəbələ rayonunun Dızaxlı kənd orta məktəbində tamamlamışdır. İxtisasca mühasib olsa da, qəlbinin səsi onu mədəniyyətə və yaradıcılığa gətirmişdir. Orta məktəbi bitirdikdən on il sonra rejissorluq ixtisasına yiyələnməsi onun sənət sevgisinin təzahürüdür.
Ədəbiyyata olan vurğunluğu isə çoxsaylı kitablarının ərsəyə gəlməsi ilə nəticələnmişdir. “Üç Elzanamə” trilogiyası, “Üç Oğuz deyimləri”, iki cildlik “Sülh” kitabı və hazırda üzərində işlədiyi üçüncü “Sülh” kitabı müəllifin zəhmət və düşüncələrinin bəhrəsidir. Qeyd etmək lazımdır ki, sülh mövzusunda yazdığı əsərlərinin həcmi 500–570 səhifə arasında dəyişir. Elza xanım yalnız elmi dəyəri təsdiqlənmiş, sənədlərlə möhkəmləndirilmiş fikirlərə kitablarında yer verir. Onun fəaliyyəti yalnız ədəbiyyatla məhdudlaşmır. Elza Gülməmmədova həm də beynəlxalq miqyasda tanınmış bir simadır. O, Beynəlxalq səfir, BMT-nin Baş Katibinin sülh üzrə məsləhətçisi, həmçinin BMT-nin “Yaxşı Samariya” Sülh Akademiyasının Azərbaycan Respublikası üzrə Mükafat Komitəsinin sosial işçisi kimi mühüm vəzifələr daşıyır.
Elza xanımın həyat və yaradıcılıq yolu bir daha sübut edir ki, qadınlarımız istedadları ilə həm milli mədəniyyətimizi zənginləşdirir, həm də dünya miqyasında sülhün carçısı ola bilirlər.

Oxunub: 33
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az