Yasamalda “unikal” bina.Tarakanlarla mehriban qonşuluq..




Yasamalda “unikal” bina.
Tarakanlarla mehriban qonşuluq..
Bakı şəhəri, Yasamal rayonu, Müstəqillik küçəsi, ev 55 ünvanında yaşayan sakinlər hər gün özlərini dünya standartlarına uyğun bir yaşayış tərzində hiss edirlər.( MİDANIN hədiyyəsi ) 
Niyə? Çünki bu bina artıq təkcə insanlar üçün deyil, həm də heyvanlar üçün ən gözəl məskənə çevrilib. Bir zamanlar binanı su basdı, şəlalə axdı, onu da düzəltdilər. Amma görünür, təbiət bu binaya xüsusi bir sevgi göstərib. İndi burada tarakanlarla insanlar çiyin-çiyinə, dost-dostuna yaşayırlar. Əsl mehriban qonşuluq nümunəsi. Sakinlər zarafatla deyirlər ki, artıq tarakanlarla elə doğmalaşıblar ki, məhəllədə rast gələndə salamlaşır, toylarına, xeyir işlərinə qatılırlar. Tarakanlar isə, görünür, Azərbaycan mentalitetini mənimsəyərək, “bizimkiləşiblər”.
Dünyada belə bina harda var.. deyə fəxrlə bildirirlər. Əslində, bu yaşayış kompleksi Azərbaycanın “dünyası” ola bilər. Çünki burada həm insanlar, həm də tarakanlar qardaşcasına ömür sürürlər. Üstəlik, sakinlər ironiya ilə minnətdarlıq da edirlər: “Bizdən pul alırlar, amma tarakanlara qarşı heç bir tədbir görmürlər. Yəqin bu da Avropa standartlarının tələblərindən biridir, heyvan haqları qorunur!”
Beləcə, Yasamalın bu ünvanı bir daha sübut edir ki, Bakıda hələ də sürprizlərlə dolu yerlər var.
Alxas Məmmədov.

Oxunub: 40
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az