8000 manatlıq büdrəmə, ya da ki, həyatın Milyonçu pauzası...




Əgər insan başqalarından daha çox bilirsə, tənha qalar - Karl Yunq.
Bəzi insanlar bilik qazanmaq üçün oxuyar, araşdırar, öyrənər. Sonra başa düşərlər ki, ətrafdakılar hələ də "Vatsap satusu" səviyyəsində yaşayır. Və o an başa düşərlər. bilik təkcə güc yox, həm də sosial intihar forması imiş. Çünki bilən adam məclisdə zarafata gülə bilməz, mövzuya münasibət bildirəndə isə "filosof çıxıb bu" deyə barmaqlar göstərilər. Beləcə, Karl Yunqun dediyi kimi, çox bilən, tək qalar. Amma yaxşı tərəfi odur ki, ən azından həmin təkliyin içində qəribə adam olmaqdan daha rahatdır.


Tibbin qorxulu siması....
Əgər bu həkim sizi müalicə edəcəksə, bir yox, üç dəfə dua edin.Bu sifət tibb kitablarında olmasa da, yuxularınızda yerini möhkəmləndirə bilər. Gülüşlə qarışıq qorxu effekti, elə bil, iynə deyil, uşaqlığınızdan bəri etdiyiniz bütün günahların əvəzini çıxacaq.
Yanına girəndə ilk sual,  qorxursanmı.  Və sonra şübhəli şəkildə göz qırpır, qorxma, keçəcək... (mən keçməyəndən sonra!)
Əlinə bir iynə alıb, sanki deyir ki;
- Bu sadəcə vitamin B12-di. Amma nəticəsi ya cənnət, ya reanimasiya!
Onun yanına düşmək üçün sağlam olmaq belə kifayət deyil. Bir az da cəsarət lazımdır. Yoxsa, iynəni vurmamış deyər ki, axırıncı dəfə bu iynəni bir inəyə vurmuşdum... sağaldı.
Və bu şəklin aşağısında yazılmış sadə, lakin mənalı söz, qəzəbli Qılman...
Yəni həkimin özü də anlayır ki, bu mənzərə az qala cinayət işinə material ola bilər.


8000 manatlıq büdrəmə, ya da ki, həyatın Milyonçu pauzası...
Əsədin arxasında dayandım, gözüm kamerada, ürəyim sualda. Milyonçu verilişi. Kafedə, dərsdə, bəlkə də toyda belə oynamadığım qədər ciddi və gərginəm. Suallar gəlir. Birinci mərhələ. Gəlin, gülək bir yerdə, onu hətta telefonla zəng edib qonşunun pişiyinə də cavablatdırmaq olardı. Keçdim. Bravo mənə.
İkinci mərhələ. Aha, işlər ciddiləşir. Hələ də razıyam. Özümə söz vermişəm, Alxas, sən bu verilişə biliklə deyil, iradəylə gəlmisən. Odur ki, özünü sındırma.
Qeyd edim ki, bu oyuna elə-belə gəlməmişdim. Aylarla hazırlaşmışdım. Kitabları oxumuşdum, faktları əzbərləmişdim, Vikipedia ilə səhərlər açılırdı, gecələr bağlanırdı. Hətta o qədər irəli getdim ki, Mollalarında yanına qədər yol aldım.
Bəli, Mollaların. El arasında nə desən, düz çıxar deyilən o qocaman dua yazan tayfa. Onlardan biri mənə baxdı, uzun-uzun baxdı və dedi ki;
- Sən o oyunu alacaqsan, Alxas... Mən sənə dua da yazacağam.
Bir azdan əlimdə ovuc boyda kağız parçası ilə ayrıldım ordan. İçində ayələr, dualar, kodlar və bəlkə də 8 minin mistik paroludur.
Yetməzmiş kimi, Türkiyəyə də süd etmişdim. Qardaş ölkəyə səfər etdim ki, bəlkə orda yeni bilgi dalğası ilə aydınlanaram. Dedilər ki;
- Burda nə qədər iştirakçı gəlir, səninki kimi ciddi görsənən olmamışdı.
Mən də dedim ki;
- Çünki mən özümü uduzmağa deyil, tarix yazmağa hazırlamışam.
Üçüncü sual, dodağımda təbəssüm, içimdə fırtına. Əsəd müəllim baxır, mən baxıram. Tamaşaçılar baxır. Cavabları oxuyuram. Sualın özü, sanki həyatla zarafat edir. Cavabı seçdim. Bütün dualar, səfərlər, gecə-gündüz oxunan materiallar bircə düymədə yekunlaşdı.
Və, səhv cavab. 8000 manat əlimdən çıxıb, sanki dünya dalğalandı və göyə qalxdı.
Çıxanda Əsəd müəllim zarafatla dedi ki;
- Gözəl oynadın!
- Təşəkkür edirəm, müəllim, amma mən oynamırdım, mən uduzurdum, dedim içimdə.
Evimə döndüm. Anam baxdı:
-Alxas, çay içirsən?
-İçirəm, ana, amma içimdə 8 minlik boşluqla...
İndi, 3 il sonra yazıram bu satirik qeydi. Həmin 8 minin yoxluğu həyatımda böyük bir yer tutmasa da, bir stəkan çaya baxanda həmişə düşünürəm ki;
- Bəlkə orda da sual olsaydı, səhv cavab verərdim?..

Alxas.







Oxunub: 45
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az