Geyim əxlaq göstəricisi deyilmi....



Geyim əxlaq göstəricisi deyilmi....
Bəziləri düşünür ki, pencəyi düymələdinsə, deməli tərbiyəlisən. Qalstuk taxdınsa, vicdanın yerindədir. Mini ətək geyindinsə, sən artıq əxlaq düşmənisən. Amma unutduqları bir şey var, bəzən ən uzun geyimlər ən qısa düşüncələri gizlədir. Hər millətin öz milli geyimi var. Amma elə bil bizdə millət anlayışı da geyim rəfində asılıb. Şalvarın darı dar, ətəyin uzunluğunu metrik sistemlə ölçürük, amma əxlaqın ölçü vahidini hələ müəyyən edə bilməmişik.
Əxlaq təmsilçiləri də maraqlı kontingentdir. Birinin əynində köhnə jilet, o birində zərli çadra, üçüncüsü şortikdə amma hamısı eyni mətləbdən danışır. Bu nə geyimdir...
 Elə bil əxlaq tibbi maskadır, taxdınsa, virus keçmir. Əslində geyimlərin altında gizlədilmiş əxlaqdır. Amma biz tərsinə düşünürük, deyirik ki, əxlaq geyimin üstündə yazılıb. Kaş əxlaq da markalar kimi qoluna tikilirdi 100 faiz dürüst.
Əgər əxlaq geyimdən ibarətdirsə, onda niyə bəzilərinin kostyumunun cibində rüşvət, başında saxta təbəssüm, ayaqqabısında isə başqalarının haqqı gizlənib?
Nəticə....
Geyiminə görə qarşıla, əxlaqına görə sağollaş, yoxsa cibləri qızıl, vicdanı paslanmışlarla dolu bir cəmiyyətə çevriləcəyik.

Alxas.

Oxunub: 35
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az