Başsağlığı mərasimi, Milli Komandanın 40-ı çıxmamış...



Başsağlığı mərasimi, Milli Komandanın 40-ı çıxmamış...
Bu gün AFFA-nın arxa həyətində yas çadırı qurulmuşdu. Səbəb isə hər kəsə bəllidir, Ramin Musayevin epik bəyanatıdır;
- Milli komanda artıq yoxdur, olmayacaq da... Allah milliyə rəhmət eləsin.
Təəssüf ki, futbolumuz bu dünyadan köç edib. Həkimlərin sözlərinə görə, ölüm səbəbi strateji qidasızlıq, istedad çatışmazlığı:və büdcə siqaretində boğulma olub. 30 illik komada olan milli, nəhayət ki, gözlərini əbədi yumdu. Qonşu ölkələrin futbol federasiyaları isə başsağlığı belə verməyə ehtiyac duymayıb. Onlar sadəcə, o nə vaxt var idi ki, deyib matəmə qoşulmadılar.
Yas yerində Ramin Musayev mikrofonu əlinə alıb səmimi danışdı:
-  İndi istəsəniz, Klop gətirin, Mourinyo gətirin, ya da Alim Qasımov baş məşqçi olsun, dəyişən bir şey olmayacaq. Çünki... bazamız yoxdur, dəyərlərimiz yoxdur, bir də təyyarə biletlərimiz var,  turist kimi çıxış etmək üçün.
Tədbirdə AFFA rəsmiləri bir-birinə təsəlli verirdilər ki;
- Eybi yox, uduzduq, amma nə qədər forma dəyişdik, deyilmiş Dizayn uğurumuz heç az deyil.
Yas çadırının yanında isə milli komandanın uğurlarını əks etdirən bir stend qoyulmuşdu. Üzərində yazılmışdı ki;
-1990-cı ildən bəri, bir dəfə Lüksemburqa qalib gəlmişik. Vəssalam.
Yaxın gələcək üçün milli komanda əvəzinə Milli Turizm Komandası layihəsi nəzərdə tutulur. Məqsəd, futbolçuları meydanda deyil, aeroportda qarşılayıb yola salmaqdır
Sonda Ramin Musayev çıxışını belə bitirdi ki;
- Milli komandanın ruhuna Fatiha oxuyaq. Amma xahiş edirəm, dua edəndə uğur diləyirik deməyin,  şoka düşə bilər.
Bizim futbol, daha doğrusu, bizim matəm.

Alxas.

Oxunub: 12
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az