Ədabazlar ensiklopediyası.



Ədabazlar ensiklopediyası...
Elə bir tayfa var ki, danışanda elə bil fransız sarayından çıxıblar, amma davranışda, uje bazardan gəlmişəm, palazımı sərmişəm havasındadılar.
Bunlara ədabaz deyirlər. Yəni adam özünü mədəni göstərmək istəyir, amma hərəkətləri sanki beş il dağda tək qalıb, ayı böyüdüb bunu.
Ədəbsiz deyəndə bunlar ağlayır, mən sadəcə orijinalam. Qardaş, orijinallıq səndə deyil, sənin verdiyin hoqqadadı. Elə hoqqa verirsən ki, camaat sənə baxıb şükür edir ki, yaxşı ki, mən bu deyiləm.
Bunların loqosu belə olur. sənə özüm kimi hörmətsizlik arzulayıram.
Sual yaranır ki, hacan adam olacaqsınız....
- Çətin. Çünki bəziləri doğulanda doğum deyil, texniki nasazlıq baş verib. Əslində insan çıxmalıydı, amma təsadüfən vayfay siqnalı kəsilib, yarımçıq qalıblar.
Bu tiplər özlərini elə aparırlar ki, sanki dünya onlara borcludu. Halbuki borc veriləsi yeganə şey, bir ədəb dərsidi, o da faizsiz!
Nəticə nədir...
Bəziləri adam olmur. Özünü söydürüb zövq alır.
Yəni elə bil mənə hörmətsizlik et, gündəm olum layihəsində könüllüdülər.

Alxas.

Oxunub: 34
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az