Onu çoxdandır görmürdüm. Həmişə səliqəli və şux görünərdir. Geyimidə öz yerində. Kişinin yubileyindədə iştirak etmişdim. Konkret cavan oğlan idi....
İndi nədənsə sınıb, narahat baxışları, yorğun sifəti və səliqəsiz geyimdə gördüm. Məlum oldu ki, həyat yoldaşı rəhmətə gedib....
Kişi heləbil yetimləşib...
Adətən “yetim” anlayışı valideynlərini itirmiş uşaq üçün işlədilir. Amma bu kontekstdə, öz arvadından yetim qalmaq ifadəsi mənəvi bir boşluğu, daxili bir təkliyi ifadə edir. Yəni insan həyat yoldaşını itirəndə sadəcə bir ailə üzvünü yox, həm də ruhunun yarısını, həyatının dayağını, gündəlik söhbətini, sirdaşını, sevgisini itirir. Bu zaman insanın içində elə bir boşluq yaranır ki, onu heç nə ilə doldurmaq olmur. Və o boşluq bəzən valideynsiz qalmaqdan da ağır ola bilir.
Bu ifadənin gücü ondadır ki, insan münasibətlərinin dərinliyini, sevginin və birlikdə yaşanan ömrün necə böyük bir dəyər olduğunu çox qısa və təsirli şəkildə çatdırır. Arvadından yetim qalmaq bu, bir növ insanın bir hissəsinin ölməsidir, sağ qala-qala ruhən parçalanmaqdır.
Arvadından yetim qalmış kişi.
Yetim deyəndə ağla uşaq gəlir. Anasız, atasız, boynubükük qalan bir uşaq. Amma bir də var, kişi olur, saçına dən düşür,
Qol-qanad bildiyi arvadını itirir...
Və bax onda, kişi də yetim qalır. Öz arvadından yetim...
Çünki o qadın təkcə həyat yoldaşı deyildi, o, bir sirdaş idi, bir səs idi evdə.
Bir gülüş idi səhər süfrəsində, bir dua idi gecə evində. İndi ev var, amma evin canı yoxdur.
Sükut var, amma dinclik deyil, hər şey yerindədir, amma özü yoxdur. Həqiqətən də, insan bəzən, öz arvadından yetim qalır...
Allah Sizləri qorusun dəyərli xanımlarımız....
Alxas.