Əvvəllər bir videonu çəkmək üçün rejissor lazım idi, indi isə cinayət işi açılmağı bəs edir. Deməli, çəkilən bir video var, üç nəfər də rol alıb. Kino deyil, amma cinayət işi janrında. Qəhrəmanlar da elə sosial şəbəkələrdə layk yığanlardır. Bilet almadan izləyə bilirsən, amma iştirak etsən, harasa dəvət alırsan.
Sosial şəbəkələr indi sadəcə şəkil paylaşmaq yeri deyil. Burda axmaqlar, avaralanmaq, ağıllı məlumat, zırrama dediqodu gəzir.
Səbəkə, həm də nəzarət funksiyası yerinə yetirir. Təsəvvür edin, bir dəfə səhvən kofe yerinə çay içdiyinizi yazırsız, sabahı gün, nə qədər yalan danışmaq olar ? başlıqlı 15 səhifəlik rəy yazırlar. Yəni sosial şəbəkə bu cəmiyyətin tarazlıq tənzimləyicisi olub. Bir növ virtual ədalət tərəzisi. Məqalənin yada yazının gücü komentlərdədi. Amma baxır ki, o komenti kim yazır. Sadəcə, bu tərəzidə kim çox yazsa, o haqlıdır.
Ən qorxulusu isə odur ki, çox vaxt bu virtual tribunalda insanlar şantaj olunur. Əlbəttə, əvvəllər bu işləri mafiya görürdü, indi isə profil şəkli pişik olan bir nəfər sənin bütün yazışmalarını bilir. Vəssalam, sən artıq ya pul ödəməlisən, ya da əziz izləyicilərim, bu gün sizə bir sirrimi açıqlayacağam videoları çəkməlisən.
Yəni, nəzarət, cəza, ifşa, hamısı bir klik uzağında. Sosial ədalət deyəndə bəziləri komment bölməsində mühakiməni başa düşür. Beləcə, sosial şəbəkələr həm xəbər portalıdır, həm məhkəmə, həm də bəzən daha qorxulu, dediqodu meydanıdır......
Alxas Məmmədov.
Oxunub: 24
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az