Tut əlimdən çıxaq gedək dağlara...
Dağ başından ürəyimə qar düşüb...
Qar da belə təmiz olar? Bizim şəhərdə qar yağar, palçığa qarışar. Elə bil ağlı-qaralı həyatımızın kopyası.
Dağlarda isə... qar ağappaq, saf... Biz isə şəhərdə qalmışıq, ağı da qarışıb, qaranı da. Metroda ayağımıza basan var, avtobusda nəfəs almaq olmur, qeybətdə hər küncdə yadımıza düşür....
Tut əlimdən çıxaq gedək... deyirəm, bəlkə ora gedib telefonu da söndürək... Olmaz, birdən internet kəsilər, gündəmin ən vacib xəbərlərini qaçırarıq, filankəs yenə toyda mikrofonu əlindən yerə saldı...
Dağlara çıxmaq istəyirik, amma ayaqqabımızın altı nazik, düşüncəmiz isə daha da nazik. Bir addım atmamış, vayfay var burda....
Dağ başından ürəyimə qar düşüb... Qar düşür, bəlkə bu ürək soyuyar deyə. Amma yox, şəhərə qayıdanda yenə hər şey əvvəlki kimi: sosial media isti, cib soyuq.
Bu da bizim həyatın satirik mənzərəsi: dağ istəyirik, amma pilləkən çıxmağa tənbəllik edirik.
Alxas.
Oxunub: 27
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az