Şeytanın barmağı....



Şeytanın barmağı....
Deyirlər, şeytanın barmağı hər yerə uzanır. Amma baxaq, hardadır o barmaq əslində?
İnsanın əməlində. Əlini uzadıb yaxşı ilə pisi qarışdırar, elə bil kabab bişirir, amma sonunda da öz payını götürür, oda günahını.
Bəzilərinin nəfsində. Kimi görürsən, gözü doymur. Bir çörək var, amma gözü tortda. Barmaqla itələyir, ürəyi ilə dartır, axırda özü də bilmir nə yeyir, nə istəyir.
Axmağın istəyində. Elə istəyər ki, başqasının papağını da külək aparsın, özü də baxa-baxa qalsın. Şeytanın barmağı orada, al, al, sənə nə var, istə.
Nakişinin andında. Allaha and olsun, deyib yalan danışır. Halbuki andın içinə şeytanın barmağı girib, düyünü açmaq yerinə, daha da bərkidib.
Xoflunun beynində. Öz kölgəsindən də qorxar. Şeytan orada başına barmağını fırladır, gah qara pişik göstərir, gah boş evdən səs çıxarır.
Şüvənin dilində. Hər deyilən sözə duz qatır, bibər qatır, axırda dediyinin nə olduğunu özü də unudur. Şeytanın barmağı dilinin ucundadır, elə ora girib çıxır.
Bir sözlə, şeytanın barmağı bizdən uzaq, amma diqqətli ol, bəlkə də indi də kiminsə fikrinin içində fırlanır…

Alxas.

Oxunub: 23
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az