Şeir həvəskarı Bəhram Bəhramov.



Şeir həvəskarı Bəhram Bəhramov.
      Bəhram (Qəmdolu)Bəhramov Qobustan rayonunun Bədəlli kəndində yaşayır .Sadə peşə adamıdır. Onun şeirə böyük marağı vardır. Bir neçə şeiri "Şabran nəğmələri" kitabında dərc olunub. Arzusu şeirlərini toplayıb,nəşr etdirərək oxucuların ixtiyarına verməkdir. 2023-cü ildə qardaş Türkiyədə baş vermiş dağıdıcı zəlzələdə Azərbaycanın bu fəlakətin fəsadlarının tezliklə aradan qaldırılmasında onun yaxın dayağını aşağıdakı şeirində belə ifadə etmişdir.
Azərbaycan - Türkiyə 
Düz tut qamətini, ey Türk millətim,
Artmasın köksündə ağrın, zillətin 
Demə ki, tənhasan, vəziyyət çətin,
Yanındadır Azərbaycan, Türkiyə !
Çətin məqamında durmaz, gələrik,
Son tikəni deməsən də bölərik.
Uğrunuzda öl desəniz ölərik,
Yanındadır Azərbaycan, Türkiyə !
Heç sıxılma dərdə şərik mən varam,
Addım - addım səninləyəm, tən varam.
Üzün gülsə gülüşündə şən varam,
Yanındadır Azərbaycan, Türkiyə!
Qoymarıq çiynini əzə yük sənin,
Görmüşük qamətin uca, dik sənin.
Heç olmaz çəkilə adın tək sənin,
Yanındadır Azərbaycan, Türkiyə!
Yanağında yaş olarsa, yaş mənəm,
Ucalanda daşın üstə daş mənəm.
Dost süfrəndə düşünmədən baş mənəm,
Yanındadır Azərbaycan, Türkiyə!
Bəhram az desə də qəlbi doludur,
Tutduğu yol elə Türkün yoludur.
Heç kiçilməz, Türk oğlu Türk uludur,
Yanındadır Azərbaycan, Türkiyə!
Mətni hazırladı: Məhəmməd Bayramov

Oxunub: 153
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az