Səməd doktor....
Səməd doktor....
Şamaxı bölgəsinin tanınmış həkimlərindən biri olan Səməd doktor təkcə peşəkar tibbi biliyi ilə deyil, həm də insanlara olan münasibəti, səmimiyyəti və ziyalılığı ilə seçilir. Onunla qarşılaşan hər kəs ilk növbədə bir həkim kimi savadını, sonra isə bir insan kimi ürəyinin genişliyini hiss edir.
Həyatımda ciddi bir ürək problemi ilə üzləşdiyim zaman Səməd doktor mənə təkcə həkim gözü ilə deyil, həm də bir dost, bir ailə üzvü kimi yanaşdı. Onun diqqəti, verdiyi məsləhətlər və göstərdiyi mənəvi dəstək mənim üçün olduqca dəyərli idi. Sadəcə resept yazmaqla kifayətlənməyib, mütəmadi olaraq vəziyyətimlə maraqlanması, ehtiyac duyduğum anda yanımda olması onun həkimlikdən daha artıq bir missiya daşıdığını sübut edir.
Səməd doktor bizim üçün sadəcə bir həkim deyil o, bu bölgənin mənəviyyatını daşıyan, insanların sağlamlığına olduğu qədər ruhuna da toxunan dəyərli bir ziyalıdır. Belə insanların varlığı cəmiyyətə güvən və ümid verir.
Ona dərin təşəkkürümü bildirirəm. Allah belə savadlı, vicdanlı və insani dəyərlərə sahib həkimlərimizi qorusun.