Yasda ehsan və yasmenlər ( yasda yeyib,içən oğlanlar )



Yasda ehsan və yasmenlər ( yasda yeyib,içən oğlanlar )
Yas deyəndə insanın ağlına ilk gələn nədir.  Hüzn, kədər, ölümün ağırlığı.
Yox! Bizdə yas protokolu belə işləyir ki;
- Neçə nəfərlik süfrə açılır, kabab neçə çeşid olacaq və ən vacibi plov və onun qarası.
Öz adamı dünyasını dəyişib, amma bu kişi daha çox düşünür ki, usta çağırım süfrə açsın, yoxsa bu yeyib-içən oğlanlar özləri açacaq.
Çünki dəfn yox, əsas açılış tədbiridir. Kim gəlib necə oturacaq, kimə dolma düşəcək, kim axırda narazı qalacaq ki, aşın qarası bizə gəlmədi.
Süfrədə isə hər şey var. Dolma, düşbərə, bozartma, kabab, plov, kompota qədər. Elə bil yas yox, milli mətbəx festivalıdır. Təkcə bir nəfər çatışmır oda yekə baldırlı bir rəqqasə.
O da gəlsəydi, yas tamamlana bilərdi. Onsuz da telefonda səssizcə tiktok açılıb. Gör, filankəsin yasındakı salat bəzəyi nə cür idi tipli analizlər aparılır.
Sonra gəlir xüsusi bir tayfa – yasmenlər.
Bunlar hüzür turizminin daimi mümayəndələridi.
Harda yas olsa, ora gedərlər. Yeməyini yeyərlər, bir "Allah rəhmət eləsin" deyib plovu bir çəngəldə sildikdən sonra növbəti yası uerin soruşarlar.
Sabah yas hardadır ?
Sanki yas turne qrafikasıyla işləyirlər.
Yasmenlər hüzr evinin mətbəxini siyasi müşahidəçilərdən daha diqqətlə təhlil edərlər.
Onların yas yeməylərinə olan tənqidi yanaşma milli kulinariyasın inkşafına qulluq edir.
- Bu ev dolmaya kişmiş qatmır e, zəifdirlər.
- Əvvəlki yasda kabab daha ləzzətliydi, bu dəfə quruyub.”
Sözün qısası, mərhum yad olunur ağız dadı ilə.
Rəhmətlik cənnətə getməzdən qabaq bir sual vermək istəsəydi, yəqin belə deyərdi ki;
- Mənim üçün ağladız, yoxsa salatın bəzəyinə baxdız.

Alxas Məmmədov.

Oxunub: 72
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az