De sən öl.... Millətin dil sütunu...




De sən öl....
Millətin dil sütunu...
(Bir xalqın emosional söz ehtiyatının brendi)
De sən öl, bir milli and içmə brendidir.
De sən öl, o yol tikintisinin tenderi qazananda heç xəbərim olmadı. Vallah elə bil qapıdan içəri pul özü gəldi.
Bu cümlə ilə biz artıq yalan danışa bilmərik. Çünki burada "de sən öl" deyildi. Bu ifadə artıq qanuna salınmalıdı ki, 
vətəndaş doğru danışmaq istəyirsə  ‘De sən öl’ deməklə and içmiş hesab olunur.
Hətta bəzi bölgələrdə pasport əvəzinə bu ifadəni deyib avtobusa, bankda, dükandan istifadə etmək olar.
De sən öl, incimə ya da təəccüblənmə mimikasıdır.
De sən öl, sən hələ də o maaşla dolanırsan..
Burada nə tənqid var, nə lağ, nə də dəstək. Sadəcə, dəhşətə gəlmişəm amma səni qırmaq istəmirəm sözündə emosiya var.
Sifət mimikası, qaşlar qalxır, baş yana çevrilir, amma dodaqlar nədənsə gülümsəyir. Bu təəssüfün estetik qısa formasıdır.
De sən öl bir növ məcbur etmə sözüdə ola bilir.
De sən öl, bu yazını oxudum....

Alxas Məmmədov.

Oxunub: 85
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az