Çörəyə dəyənlər… ( Satirik yazı )




Çörəyə dəyənlər…
( Satirik yazı )
Deyirlər, çörək müqəddəsdir, bəli, doğrudur. Amma son vaxtlar bəzi çörək mütəxəssisləri var ki, başqasının çörəyinə dəyib, sonra da o, çörəklə at oynadırlar. Kiməsə girirlər. Elə bil dükandan endirim çörəyi tapıblar. İşi əlindın al, peysərə vur, sakitcə ye....
Bir sözlə, kişi işi deyil bu.
Kişilik bəzilərinin soyadında qalıb, davranışlarında isə endirimdə. Kişi adam öz əli ilə çörək qazanar, özgəsinin süfrəsinə göz dikməz. Amma bəzi “çörəkşünaslar” var ki, bir başqasının zəhmətlə qazandığı tikəni qapmaq üçün hər cür təlxəklikdən keçirlər. Üzə gülər, arxada dişlər. Kişi işi deyil bu, Vallah.
Həyat belədir, kiminsə çörəyinə dəyirsənsə, kimsə də sənin çörəyinə dəyəcək. Söyüş sənə və ailənə qalacaq.
Axı həyat bumeranqdır.
Sən haqsız yerə birini işdən çıxartdırırsan, sabah da səni yola salanda, evdəkilərin qulaq cingildəyəcək. Ədalət gec gələ amma yolunu azmaz.
O pulla xanımına geyim-gecəlik alırsan. Ayıbdır…
Bədbəxtlik odur ki, bəzi kişicığazlar başqasının haqqını tapdalayıb qazandıqları pulla evdə xanımına romantika qururlar. Düşümürlər ki, kimsə o xanıma, sözlə şərikdir. Halbuki o paltarın tikişi haram iynə ilə vurulub. Bu çörəkdən övladın böyüyürsə o, övladın adam olmaz... Ayıbdı...

Alxas Məmmədov.

Oxunub: 76
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az