Lənət sənə, kor şeytan !
Niyə axı? Korun bura nə dəxli var? Əgər səni tamah və heyvani istək aldadırsa, bu mifik bivec məxluqu niyə günahlandırırsan ? O, zavallı bəlkə də sənin kimlər bezdirib. Yazığ bərkədə sənin söhbətlərinə aldanıb bu peşəyə girib. İndi də adını eşidən hamı lənət oxuyur. Belə götürəndə lənət oxunmalıdır əgər dindarı, yaxşı insanı, yetimi, kimsəzi yoldan azdırırsa. Səni ki, mən tanıyıram. Sən şeytana papış tikən doğulmusan. Cəhənnəm odu, bəs bu dünyanı yandıran sənin kimlərdi ?
Şeytan teması populyardı.
Ən rahat bəraət ünvanı isə “şeytan azdırdı”. Kreditə girdin? Şeytan azdırdı. Arvad ağızdıq edirsən, şeytan dilimdə oturmuşdur. Kimsənin haqqını yedin? Şeytan dürtdü. İmtahanda köçürdün? Əlini də şeytan tutdu yəqin. Səfi sən edirsən, ünvanı onunki.
Hə, əgər nəsə bir iş başına gəlibsə...
Bir dayan, dərin nəfəs al. Özündən başqa kim varsa, bir-bir keçir “şeytan siyahısından”.
Qonşu, iş yoldaşı, kürəkən, mobil operator, qlobal istiləşmə, nə bilim Marsdakı toz burulğanı, hamı günahkardı. Amma bir dəfə də de ki, bəlkə mən özüm səhv etmişəm ?
Səbirli ol, qıcığlanma.
Qıcığlandıqca şeytan yox, təzyiq qalxır. Yəni, bu dəfə həkim çağıran şeytan yox, təcili yardımdır. Əslində o, səni çoxdan tərk edib. Deyir: “Bu millət artıq öz-özünü məndən yaxşı azdırır”.
Alxas Məmmədov.
Oxunub: 82
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az