Atam bir gün mənə baxıb, dərindən köksün ötürdü və dedi ki:
- Ay oğul, harada görmüsən ki, yaxşılıq mükafat alısın. Toyuğun yumurtası özünə qalmaz
Mən də, dedim ki;
- Bəs neçə yaxşılıq edək, ay dədə ?
Dedi ki:
- Sən et, bala, et… Sonra da otur bax gör yaxşılıq sənə necə əyri-üyrü qayıdır. Çünki bu dünyada düz olan ancaq yolların xətdidir, gerisi hamısı kələ-kötürdür.
Bir az da dərinə getdi və dedi ki:
- Heç vaxt bizimlə olmayan, necə doğma olur, bala. Amma görürsən də, ad günündə ilk o təbrik edir. Qohum evdə oturub "status" qoyur, yad adam gül gətirir. Nə xoşbəxt dövrdəyik…
Kişi, göyə baxdı, düşüncəli halda əlavə elədi ki;
- Kor adam indi gözlərinə inanır, çünki qulaqlar çox yalan eşidib. Açıq danışan çılpaq qalır, yalan deyənlər qara kastyum geyinir. Qardaşım, bu həyat elə bir teatrdı ki, dəli aktyor olmayanı səhnəyə buraxmırlar.
Dedim:
- Ay dədə, nə edim?
Dedi ki:
- Allahdan qorx, məndən utan, və mənim yolumu gözlə… Mən gələcəm....
İndi mən gözləyirəm. Gözlərim yolda, əllərim cibimdə, cibimdə boş… Yoxluqu ilə barışmışam. Həyat məni o qədər ağladıb ki, artıq göz yaşlarım maaşa bağlıdır.
Atam deyərdi ki:
- Fikirlisənsə, qarmon ifasında “Həyat rəqsi”nə qulaq as. Çünki bu musiqi kimi həyat da gülə-gülə insanı ağladır.
Hə sonda, mən qoçaldıqca atam rəhmətdən qayıtdı. Başıma, ağlıma, saclarıma, qaşlarıma, səhətimə, danışığıma.....
Alxas Məmmədov.