Savadlı cəhalətli cəmiyyətimiz.
Papa canı, bizim cəmiyyət savadsızlığın ən savadlı formada yaşadığı yerdədir. Bu mə cümlə idi qurdum ? Burada insanlar elə bir arxayınlıqla və yanlan danışır ki, adam utanır, nədənsə yerə girmək istəyir.
Dini savadsızlıq dəhşətli dərəcədə yayılıb və təbliğ olunur. Bizdə din haqqında ən çox danışanlar müqəddəs kitabı oxumamış bir toplumdu. İndi dua etməy yalnız problem və imtahan qabağı xatırlayanlardır.
Tema bu bur ki, dində günahdır. Amma subut yoxdur ki, nə ?
Ən maraqlısı odur ki, dinlə bağlı ən radikal fikirlər bəzilərində şərab vurandan sonra üzə çıxır. Dinin hökümləri statuslarda öyrənilir. Kitab oxumaq əvəzinə, “ Bunu paylaşıb yeddi nəfərə göndər, sabah pul gələcək” tipli dini möcüzələrə inanmaq populyardı.
Təhsilimizdə elə qurulub ki, oxuyanla oxumayanın fərqi çox zaman diplomun çərçivəsindən kənara çıxmır. Müəllimlərə hörmət “sınıfda sakit dur” tərbiyəsi ilə ölçülür, düşünmək isə qayda pozuntusudur. Ən yaxşı tələbə sual verməyən tələbədir.
Uşaq sinifdə sakitdirsə, deməli tərbiyəlidir. Uşaq fikrini deyirsə, “ağzının üstündən vur” deyirlər. Bəzən ata var, ana var, amma uşaq zırrama sistemindən çıxmır.
İnancda savadsızlıqa bax ki, müdüklərin sözünü yox, astroloqun həftəlik bürc yozumunu paylaşmaq daha aktualdır. Münasibətdə savadsızlıq isə insanlar bir-birinə hörmət etməyə vaxt tapmır, amma “niyə evlənmirsən?” sualını verməyə çox vaxtı var.
Biz savadsız deyilik. Sadəcə, savadsız olduğumuzu çox savadlı şəkildə ört-basdır etməyi bacarırıq.
Çox təəssüf.....
Oxunub: 48