Səhnənin və satirik sözün ustadı.



Səhnənin və satirik sözün ustadı.
 Teatr və kino mühitində özünəməxsus iz qoymuş sənətkarlarımızdan biri də İlham Namiq Kamildir.  Xalqa yaxın bir insandır. Ulduz olmağına baxmayaraq yerdə gəzir. Şamaxı torpağının yetirməsi olan İlham müəllim təkcə aktyor deyil, həm də bizim sakindir. Bankomatın qarşısında durub aylıq məvacibində alan bir dostumuzdur. Yaxşı sözə,  önəm verən ziyalıdır. Kişiyə professor deyəndə adam özüdə qürurlanır. Onun Şamaxı Dövlət Dram Teatrında gördüyü işlər bu qədim mədəniyyət ocağına yeni nəfəs, yeni ruh gətirmişdir. Şamaxının mədəniyyət ocağın söndürməyə qoymadı.
Onu tanıyan hər kəs İlham müəllimin dərin savadına, yüksək intellektinə və mehriban xarakterinə şahidlik edə bilər. Biridə mən.  Səhnədəki hər sözündə təbəssüm etdirən nadir şəxsiyyətlərdəndir ki, onları sadə həyata da gətirib. Öz  orijinal sözləri  ilə həm sənət aləmində, həm də mətbuatda daim diqqət çəkir. Yumor professoru səviyyəsindəki bilikləri, satirik-analitik baxışı və sənətə sevgisi onu həmkarları arasında seçilən edir.
İlk tanışlığımız mənim üçün yaddaqalan olmuşdu. Bir oboy şəkli vasitəsilə onu güldürə bildim. Hə burda biraz şişirtdim ha. 
İlk təəssüratın super idi. Özüm keşmiş KVNşik olduğum üçün temanı tudum. İllərlə davam edən bir dostluğun əsasını qoydum. Kişinin vaxtı olanda yada salır məni. Məndə məqalə yazmaqdan baş ayırıb, kişiyə cavab yazıram. Müsahibələrimizdəki səmimi yanaşması, aramızdakı yazışmalar isə hər zaman mənə enerji və motivasiya verir. İldırım qaytara, köhnə telefonuma İlham müəllimdən bir mesaj gələndə, onu xüsusi diqqətlə oxuyuram  çünki orada mütləq dəyərli bir duzlu fikir, bəzən də bir zarafat gizlənir.
İlham Namiq Kamil  səhnəyə sadiq, dostluğa sədaqətli, sözə ehtiramlı bir insandır. Belə sənətkarların dəyəri zaman keçdikcə daha da artır. Onunla yolumun, pavarotda, kəsişməsi mənim üçün bir xoşbəxtlikdir.

Oxunub: 47
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az