Əsədov Mürsəl Babakərim oğlu 62 yaşı tamam oldu.





Əsədov Mürsəl Babakərim oğlu 62 yaşı tamam oldu.
Bu gün Şamaxı ictimaiyyəti, təhsil və veteranlar, hörmətli pedaqoq, Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan mayor Əsədov Mürsəl Babakərim oğlunun 62 yaşın təbrik edir.
Əsədov Mürsəl Babakərim oğlu 28 illik pedaqoji fəaliyyəti dövründə minlərlə gəncin tərbiyəsində mühüm rol oynamış, onların vətənpərvər ruhda yetişməsinə töhfə vermişdir. Hal-hazırda Şamaxı Texniki-Humanitar Təmayüllü Liseydə hərbi rəhbər kimi fəaliyyət göstərir.
 Vətən müharibəsinin çətin dönəmlərində silaha sarılaraq torpaqlarımızın müdafiəsinə qalxan Əsədov Mürsəl, Qarabağ müharibəsinin canlı şahidi və iştirakçısı olmuş, mayor rütbəsi ilə ehtiyata buraxılmışdır.
Peşəsinə və vətəninə sadiq bir ziyalı kimi Mürsəl müəllim bu gün də gənclərə örnəkdir. 
62 illik şərəfli ömründə həm hərbçi, həm müəllim, həm də vətənpərvər insan kimi tanınan Əsədov Mürsəl Babakərim oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, ailə səadəti arzulayıram.

Oxunub: 358
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az