Həyat məni qoymadı yaşayım adam kimi, İcazə ver dünyaya bir də gəlim, İlahi!



İcazə ver dünyaya bir də gəlim, İlahi!
Nə həyata ehtibar, nə də ömrə vəfa var
Qaşla göz arasında qaldı ölüm, İlahi!
Soruş, bəlkə gəlmədim mən zavallı dünyaya
İcazə ver dünyaya bir də gəlim, İlahi!
Niyə gəldin dünyaya? Lap 100 il yaşa, dəydi?
Bütün bəla_müsibət ələndi başa dəydi!
Ömür tələsdi getdi, arzular daşa dəydi.
İcazə ver dünyaya bir də gəlim, İlahi!
Mən nə qədər göstərim özümü şadam kimi?
Elə bil tez gəlmişəm, həyata yadam kimi!
Həyat məni qoymadı yaşayım adam kimi,
İcazə ver dünyaya bir də gəlim, İlahi!
Ömrüm qardan da yumşaq, həyatım oddan çıxıb!
Bəxtim qara yazılıb, ağız da daddan çıxıb.
Mən həyata gələndə xoş günüm yaddan çıxıb
İcazə ver dünyaya bir də gəlim, İlahi!
Gəlməyibdi baharım, qışım da çox sərd mənim!
Yolum, arzum, həyatım dönüb olub bərd mənim..
Gözümdə yaş gəlmişəm, ürəyimdə dərd mənim
İcazə ver dünyaya bir də gəlim, İlahi!

Oxunub: 79
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az