“Küçələrə su səpmişəm” xalq mahnısı sovet dövründə “redaktə” olunub.



“Küçələrə su səpmişəm” xalq mahnısı sovet dövründə “redaktə” olunub. Manaf Süleymanov bu haqda öz kitabında yazır ki, bolşeviklərin işğalından sonra Bakını xilas etməyə gələn türk əsgərlərini qarşılayan insanlar bu mahnını sevgi ifadəsi olaraq qoşublar. Qafqaz İslam Ordusuna yazıldığı iddia edilən mahnını belə oxuyurdular:
Küçələrə su səpmişəm,
Türk gələndə toz olmasın.
Elə gəlsin, elə getsin,
Aramızda söz olmasın.
Sovet dövründə "türk" sözünü nəinki pasportumuzdan, tariximizdən, hətta mahnılarımızdan silinirdi. İstənilən etnik qrupun adına nəğmə qoşmaq olardı, türkdən başqa. Sanki bu söz də repressiyaya məruz qalmışdı. İndi də xalq arasında "Türk gözəli" kimi yaşayan xalq mahnısını "Kürd qızı" kimi məcmuələrə salıblar. Eləcə də böyük həvəslə oxunan "Küçələrə su səpmişəm, yar gələndə toz olmasın" nəqarəti ilə başlanan mahnıda da "yar" sözünün yerində işlənən "türk" ifadəsi dəyişdirilib.
Mahnının dəyişdirilən və bizə çatan, ifaçıların oxuduğu mətn aşağıdakı kimidir:
Küçələrə su səpmişəm,
Yar gələndə toz olmasın
Elə gəlsin, elə getsin,
Aramızda söz olmasın.
Xəyyam Ağa

Oxunub: 123
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az