Mirzə Kazım bəy böyük rus yazıçısı Lev Tolstoyla yaxından tanış idi.




Mirzə Kazım bəy böyük rus yazıçısı Lev Tolstoyla  yaxından tanış idi. Tolstoy Kazan Universitetinə daxil olmağa hazırlaşan vaxtlar Kazım bəy ona türk və ərəb dillərini öyrənməyə kömək etmişdi və nəticə çox uğurlu alınmışdı. 
     Professor Kazım bəy Kazanda yaşadığı iyirmi ildən artıq müddətdə son dərəcə səmərəli elmi və pedaqoji fəaliyyət göstərib. Onun Azərbaycan dilinin öyrənilməsi sahəsində tədqiqatları xüsusi qeyd olunmalıdır. Azərbaycan dilinin elmi qrammatika- sının əsas prinsiplərini Kazım bəy işləyib hazırlayıb. "Azərbaycan dili" termininin elmi əsaslarını da ilk dəfə o verib...
    O, 27 yaşında olarkən Böyük Britaniya Kral Asiya Cəmiyyətinin həqiqi üzvü seçilib. 33 yaşında ikən Peterburq Elmlər Akademiyasının müxbir üzvlüyünə qəbul olunub. Həmçinin o, Kopenhagen, Paris, Berlin Asiya cəmiyyətlərinin həqiqi üzvü seçilib. Bununla yanaşı, o, Amerika Elmlər Akademiyasının da həqiqi üzvlüyünə layiq görülmüş ilk azərbaycanlı idi...
    Bu gün Kazan və Peterburq universitetlərinin professoru, Britaniya kraliçası tərəfindən medalla təltif olunmuş böyük azərbaycanlı Mirzə Kazım bəyin anım günüdür...

Məcid Rəşadətoğlu.

Oxunub: 90
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az