1969-cu ildə Yoko Ono ilə nikahdankənar münasibətdən sonra Con Lennon birinci arvadı Sintiadan ayrıldı.
Beş yaşlı oğlu Julian onunla qalmasına baxmayaraq, boşanma zamanı o, Sintiyaya demək olar ki, heç bir şey vermədi.
Sintia nə vaxtsa çətin maliyyə vəziyyətinə düşdü və Lennonun gənc cütlük olarkən aldığı sevgi məktublarını və rəsmlərini satmaq qərarına gəldi.
Məktubların çoxu “Sin, mən səni çox sevirəm” sözləri ilə başlayırdı və belə bir xatirə ilə ayrılmağın onun üçün nə qədər çətin olduğunu təsəvvür etmək olar.
Alıcı dərhal tapıldı, bazarlıq etmədən təyin olunmuş məbləği ödəyib və adının gizli qalmasını istədi.
Bir neçə gün sonra Sintiya , Lennonun bütün məktubları və rəsmləri olan, diqqətlə çərçivəyə salınmış və üzərində qeyd olan bir bağlama aldı: “Heç vaxt yaddaşınızı satmayın. Sevgilərlə, Pol Makkartni."
Oxunub: 130