Bir üzü sevincdir,bir üzü kədər, İgid yola salıb milyonlar qədər.
Beydulla Gəraylı **Dünyanın**Kim bilir axırı necə olacaq,Bu başı bəlalı,yazıq dünyanın.Hərə bir tərəfə dağılışacaq,Olacaq dövranı pozuq dünyanın.Hər kəsin başında bir fikir yaşar,Hərə bir mənsəbə,ada çalışar.Doğması yadlaşıb,yada qarışar,Min yerdən ürəyi qazıq dünyanın.Bir üzü sevincdir,bir üzü kədər,İgid yola salıb milyonlar qədər.Gəlməsə Koroğlu,altında kəhər,Dərdinə çarəyə,azıq dünyanın.Gəraylı tək özün öldürəni yox,Özünü kiməsə sevdirməyi yox.Bir deyib ürəkdən güldürəni yox,Əhvalı-pürsanı pozuq dünyanın!08.04.1993.Şamaxı.
Oxunub: 161