......................darıxıram.
......................darıxıram.
Səndən başqasını sevə bilmədim,Bir teli qoxlayıb öpə bilmədim.Səndən başqasının şah damarına,Sevgi toxumunu səpə bilmədim.Dur gəl ,ay könlümün ilham pərisi,Darıxmışam hava kimi,su kimi.Bir dua göndərdim Tanrıya tərəf,Ömürlük məhkumun arzusu kimi.Hər gecə yuxuma ayaq açırsan,Öyrənə bilmirəm sən necə sirsən.Mənim bəxt ağacım çiçəyləmədi,Sən də yoxluğunla əzib keçirsən.Deyəsən Tanrıya duam çatmadı,Bəlkə durum təzə bir səs ötürüm.Bəlkə də nədənsə incik düşmüsən,Günahım varsa de, ipə götürüm.Gələn yox,gedən yox ürəyim boşdur,Gəl sən sarıl quru budaqlarıma.Darıxmağın yolu yaman uzunmuş,Çoxdandır çat düşüb dodaqlarıma.02-05-2024Ü.Əfqanoğlu.
Oxunub: 186