Şamaxıdan olan Tarverdiyevlər.....Ata Tarverdiyevin ad günüdür.





Tanıyaq.
Ata. Mən Tarverdiyev Zamir Hikmət oğlu 1984-cü il may ayının 13-də müəllim ailəsində anadan olmuşam. 1990-cı ildə Sşabir Əhmədov adına orta məktəbin 1-ci sinifinə daxil olub, 2001-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib, Sabir adına Şamaxı Şəhər mədəni maarif texnikumuna daxil olmuşam, 2006-cı ildə texnikumu bitirmişəm. 20 ildən artıqdır ki, mədəniyyət sahəsində fəaliyyət göstərirəm. Hal-hazırda Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzində müəllim vəzifəsində çalışıram. Bir neçə musiqili müsabiqənin lauryatıyam.  Ailəliyəm, 2 övladım var.
Qızı. Mən Tarverdizadə Fatimə Zamir qızı 2008-ci il iyun ayının 29-da Əngəxaran kəndində müəllim ailəsində anadan olmuşam. 2014-cü ildə Sabir Əhmədov adına Əngəxaran kənd orta məktəbinin 1-ci sinifinə daxil olmuşam. Hal-hazırda həmin məktəbin 7-ci sinifində təhsil alıram. Eyni zamanda 2018-ci ildə Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin xanəndəlik sinifinə daxil olmuşam. Hal-hazırda həmin mərkəzin xanəndəlik üzrə 3-cü sinifində oxuyuram. Mərkəzə daxil olduğum ildən bəri profesional səhnədə çıxış edirəm. 2019-cu ildə "İstedad Sorağında" musiqi müsabiqəsində diplomla təltif olunmuşam. 2019-cu ildə İctimai televiziyanın 8-14 yaşlı uşaqlar arasında keçirdiyi beynəlxalq "Səs Uşaqlar" vokal müsabiqəsinin lauryatı olmuşam. 2021-ci ildə "Bir Sevinək, Bir Gülək" müsabiqəsində 3 cü yerə,həmin ildə keçirilmiş "Sən elə bir zirvəsən" vokal musiqi müsabiqəsində 1-ci yerə layiq görülmüşəm.
Oğlu. Mən Tarverdizadə Xəyal  Zamir oğlu  2009-cu il oktyabr ayının 11-də Əngəxaran kəndində müəllim ailəsində anadan olmuşam. 2015-ci ildə Sabir Əhmədov adına Əngəxaran kənd orta məktəbinin 1-ci sinifinə daxil olmuşam. Hal hazırda həmin məktəbin 6-cı sinifində təhsil alıram. Eyni zamanda 2018-ci ildə Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin xanəndəlik sinifinə daxil olmuşam. Hal-hazırda həmin mərkəzin xanəndəlik üzrə 3-cü sinifində oxuyuram. Mərkəzə daxil olduğum ildən bəri profesional səhnədə çıxış edirəm. 2019-cu ildə "İstedad Sorağında" musiqi müsabiqəsində diplomla təltif olunmuşam. 2019-cu ildə İctimai televiziyanın 8-14 yaşlı uşaqlar arasında keçirdiyi beynəlxalq "Səs Uşaqlar" vokal müsabiqəsinin lauryatı olmuşam. 2021-ci ildə "Bir Sevinək,Bir Gülək" müsabiqəsində 1-ci yerə laiq görülmüşəm.
Sonda uzun illərdir bizə media dəstəyi olan hal-hazırda Azgundem.az media saytının rəhbərliynə öz dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Oxunub: 644
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az