Azərbaycan Ordusu Zəngəzur (Sünik) istiqamətində irəliləyib.
Azərbaycan Ordusu Zəngəzur (Sünik) istiqamətində irəliləyib.
Axar.az xəbər verir ki, bu barədə erməni mediasında yayılan məlumatı Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib.
Ermənistan MN-dən bildirilib ki, Azərbaycan Ordusunun sərhədlərin dəqiqləşdirilməsi çərçivəsində bir istiqamətdə irəlilədiyi müəyyənləşib. Ancaq Azərbaycan Ordusunun irəlilədikləri yerdə mühəndis işlərinin görməsinə etiraz edilib və hazırda situasiyanın nizamlanması üçün müzakirələr gedir.
Ermənistan MN İşxanasar istiqamətində döyüş getdiyi barədə erməni mediasında yayılan məlumatı təkzib edib və sərhəddə heç bir gərginlik olmadığını bildirib.
Oxunub: 442