
İsrailin bir şəhərinin fələstinlilərin nəzarətinə keçmək üzrə olduğu bildirildi...
Xəbər verdiyimiz kimi, mayın 10-da Fələstin bayrağı qaldırılmış İsrailin Lod şəhərində dünən –mayın 11-dən ərəblərin təşkil etdiyi iğtişaşlar daha da güclənib.
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, iğtişaşçılar küçələrdə qarşılarına çıxan bütün avtomobillərə, mağazalara, evlərə od vururlar.
İsrail Baş naziri Benyamin Netanyahu və Müdafiə naziri Beni Qants “MAQAV” ordu
briqadalarının Yəhudiyyə və Samariyadan Loda köçürülməsinə qərar verdikdən sonra Netanyahu qısa bir bəyanat verib.
"Lodda və ölkənin hər yerində asayişi bərpa edəcəyik" – deyə baş nazir
“Tvitter”də yazıb.
Gecə saat 3 radələrində şəhərə raket atılması nəticəsində 16 yaşlı qız və 56 yaşlı atası həlak olub.
Lod şəhərində fələstinli gənclər və İsrail polisləri arasında baş verən qarşıdurmada fələstinli müsəlmanlar şəhəri nəzarətə götürmək üzrədir.
Lod Bələdiyyəsinin başçısı Yair Revivo Baş nazir Binyamin Netanyahudan fövqəladə vəziyyət elan etməsini istəyib.
Yair “Baş verənlər polis üçün böyük və ağır hadisələrdir” deyərək, ordunun şəhərə yeridirlməsini tələb edib.
“Bütün israillilər bilməlidir, nəzarət əldən çıxdı... Artıq müharibə gedir”, - deyə o, bildirib.
“HƏMAS”-ın yaydığı bəyanatda işğal altındakı şəhərlərdə başlanan müqavimət aksiyalarının milli müqavimət və Qüdsə dəstək olduğu açıqlanıb.
Sultan Laçın