Şamaxı rayonu üzrə 18 nəfər şagird final mərhələsinə vəsiqə qazanıb.





5-ci sinif şagirdləri arasında keçirilən Lütfi Zadə adına məntiq olimpiadasının rayon mərhələsinin  nəticələri məlum olub. Şamaxı rayonu üzrə 18 nəfər şagird final mərhələsinə vəsiqə qazanıb. Qalib şagirdlərimizi, onların müəllim və valideynlərini təbrik edir, final mərhələsində uğurlar arzulayırıq!
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin irsinin şagirdlər arasında təbliği, həmçinin şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir.

Oxunub: 560
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az