
1. Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi necə həyata keçirilir?
- Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumtəhsil müəssisələrinə dəyişdirilməsi mərkəzləşdirilmiş müsabiqə yolu ilə proqram təminatı tətbiq olunmaqla həyata keçirilir.
2. Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi necə həyata keçirilir?
- Müsabiqə 4 mərhələdən ibarətdir: elektron ərizə qəbulu; elektron ərizələrin yoxlanılması; yerləşdirmə və uğur qazanan namizədlərin sənədlərinin yoxlanılması mərhələsi.
3. Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində kimlər iştirak edə bilər?
- Müsabiqədə ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlər iştirak edə bilərlər.
4. Müsabiqədə iştirak etmək istəyən müəllimlər qeydiyyatdan necə keçəcəklər?
5. Müsabiqə zamanı namizədlər vakant yerləri nə zaman seçirlər?
- Müsabiqənin birinci mərhələsində namizədlər dörd vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.
6. Cari ildə işə qəbul olunan şəxslər müsabiqədə iştirak edə bilərmi?
- Cari tədris ilində müddətsiz müqavilə əsasında işə qəbul olunan şəxslər müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində iştirak edə bilərlər.
7. Müəllimlər əvvəlki müsabiqələrdə topladıqları bal ilə yerdəyişmə müsabiqəsində iştirak edə bilərmi?
- Namizədlər Müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya Diaqnostik qiymətləndirilmədə 2 və ya daha çox sayda iştirak etmişlərsə, üstünlük verdikləri balla müsabiqəyə qatıla bilərlər.
8. Müsabiqə zamanı sosial amillər nəzərə alınırmı?
- Aşağıda qeyd olunan sosial amillərlə əlaqədar namizədlərin topladıqları bal artım əmsalı ilə hesablanır: - Əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsinin üzvü olan namizədlərin topladıqları bal 1,1 (bir tam onda bir) artım əmsalına vurularaq hesablanır. - İş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 (bir tam yüzdə beş) artım əmsalına vurularaq hesablanır. - Qeyd olunan hallardan hər iki şərti ödəyən namizədlərin topladığı bal ən yüksək artım, yəni 1,1 (bir tam onda bir) artım əmsalına vurularaq hesablanır.
9. Yuxarıda qeyd olunan sosial amillərə görə hansı sənədlər tələb olunur?
- Qeyd olunan sosial amillərə uyğun olaraq elektron ərizəyə yüklənilməli olan sənədlər aşağıdakılardır: Əri və ya arvadı hərbçi olduqda (1.1 artım əmsalı): - nikah haqqında şəhadətnamənin surəti; - ər və ya arvadın hərbçi olduğunu təsdiq edən vəsiqə və ya arayışın surəti. Şəhid ailəsi üzvü olduqda (1.1 artım əmsalı): - şəhid ailəsi üzvü olduğunu təsdiq edən sənəd və ya vəsiqənin surəti; - şəhid ailəsi üzvü olduğunu təsdiq edən sənədin və ya doğum haqqında şəhadətnamənin surəti. İş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirdikdə (1.05 artım əmsalı): - həmin ərazidə yaşadığını və ya qeydiyyatda olduğunu təsdiq edən sənədin surəti. Hər iki şərti ödədikdə (1.1 artım əmsalı): - Sosial amilləri təsdiq edən bütün sənədlərin surəti.
10. Elektron ərizəni tamamlayarkən aşağıdakılara diqqət etmək lazımdır:
- Namizədlər elektron ərizəsini doldurduqdan sonra “Təsdiqləyin və bitirin” düyməsini sıxaraq qeydiyyatlarını tamamlamalıdırlar. - Sosial amilləri təsdiq edən sənədlərin hər biri elektron ərizəyə yüklənilməlidir