Şamaxı YAP Qadınlar Şurasının və Şamaxı Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə " 8 Mart Beynəlxalq Qadınlar Günü" münasibəti ilə "Heydər Əliyev və Azərbaycanda qadın siyasəti" mövzusunda videokonfrans təşkil olundu.
Videokonfransda çıxış edən YAP Şamaxı qadınlar Şurasının sədri Gülnsə Ələkbərova,ADPU-nun Şamaxı rayon filialının direktoru dosent Tünzalə Yusifova, Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova, MKS-nın uşaq şöbəsinin müdiri Vüsalə Əsgərova çıxış etdilər.
Çıxışlarda 44günlük Vətən müharibəsində şücaət göstərərək şəhid olmuş qəhrəmanlarımızın analarına təbrik ünvanlandı.
Qeyd olundu ki,respublikada qadın hərəkatının genişlənməsində Ulu öndər Heydər Əliyevin xalqın təkidi tələbi ilə hakimiyyətə gəlişindən sonra mümkün olmuşdur.Ulu öndər Heydər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai -siyasi həyata atılması ,onların dövlət idarəçiliyində təmsilçiliyi,bütün sahələrdə kişilərlə bərabər hüqüqlara malik olmasl dövlət idarəçiliyi kursunun əsas istiqamətlərindın birinə çevrilmişdir.
Azərbaycan qadınının istər torpaqlarımızın müdafiəsində,istərsə də dövlətimizin formalaşmasında və idarə olunmasında ,xalqımıza məxsus dəyərlər sisteminin yaşadılmasında misilsiz xidmətləri olub və bugün də var.
Azərbaycanda qadın siyasətinin tərəqqisi həmişə möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət mərkəzində olan aktual məsələlərdən olmuşdur.İlham Əliyevin "Gender kişi və qadınların bərabərliyi təminatıarı" haqqında imzaladığı çox mühüm qərarla Azərbaycan qadınları geniş hüquqi təminatlar əldə etdilər,kişi və qadınların dövlətin idarə olunmasında, və qərar qəbul edilməsində bərabər təmsilçiliyinə,ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına nail oldular.
Oxunub: 345