Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olundu.







Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olundu.
     Məlumdur ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialı Ulu Öndər Heydər Əliyev şəxsiyyətinə ehtiram və hörmət hissini həyata keçirilən bütün tədbirlərin əsası hesab edir və fəaliyyətini məhz bu istiqamətdə qurur. İl boyu filialda Ulu Öndərin irsinin təbliği sahəsində geniş işlər görülür. 
     Bu silsilə tədbirlərin davamı olaraq mayın 6-da filialın rəhbərliyi və professor-müəllim heyəti  Ümummilli liderin Şamaxı şəhəri Heydər Əliyev parkında ucaldılmış abidəsini ziyarət etdilər. Ziyarət zamanı abidə önünə tər güllər düzüldü və Ulu Öndərin ruhuna ehtiram hissi ifadə olundu.

Oxunub: 308
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az