16 aprel tarixində Şamaxı rayonunda XI siniflər üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb
16 aprel tarixində Şamaxı rayonunda XI siniflər üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb. Şamaxı şəhər 1 saylı tam orta məktəbin XI sinif şagirdi Əfəndiyeva Məlahət Rəhim qızı-285 (ana dili-85, riyaziyyat-100, xarici dili-100) və Göylər kənd 1 saylı tam orta məktəbin XI sinif şagirdi Şərifova Zinət Mansur qızı-285 (ana dili-97, riyaziyyat-97, xarici dili-91) bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstəriblər. Hər iki şagirdimizi və onların təhsil aldığı məktəblərin kollektivlərini təbrik edir, onlara növbəti imtahanlarda daha yüksək uğurlar arzulayırıq.
Oxunub: 464