ADPU TGT nümayəndələri Heydər Əliyev Mərkəzində ekskursiyada olublar.





ADPU TGT nümayəndələri  Heydər Əliyev Mərkəzində ekskursiyada olublar
Mayın 7-də  Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı (ADPU TGT)  və Səbail rayonu Gənclər və İdman İdarəsinin (Gİİ) birgə  təşkilatçılığı ilə TGT-nin İdarə Heyətinin 30 nəfər  üzvü Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Bakı şəhərində yerləşən və dünya memarlığının incilərindən sayılan Heydər Əliyev Mərkəzinin qonağı olublar. Ekskursiyada Səbail rayonu Gİİ-nin rəis müavini Xasay Vəliyev və ADPU TGT-nin sədri İsmayıl Nəsirov da iştirak ediblər. 
Tələbələr mərkəzdə Ulu Öndərin irsini, Azərbaycanın tarixi və  mədəniyyətini, incəsənətini əks etdirən müxtəlif eksponatlar və virtual sərgilərlə tanış olmaqla yanaşı yeni zamanda bu unikal məkanın  tarixi və fəaliyyəti haqqında da bir sıra məlumatlar əldə ediblər.
ADPU TGT-nin sədri İsmayıl Nəsirov Heydər Əliyev siyasi kursunun Azərbaycan tarixində xüsusi çəkiyə malik olduğunu vurğulayaraq deyib: "Bugünkü Azərbaycan gəncliyi məhz Ulu Öndərin təməlini qoyduğu dövlət gənclər siyasətinin pöhrələridir və bunun ən böyük nümunəsi Vətən müharibəsində öz qanları ilə tarix yazan şəhidlərimizdir. Heydər Əliyev adı həmişə Azərbaycan xalqı və Azərbaycan gəncliyinin qəlbində sönməz alova çevriləcək, mərdlik, mübarizlik simvolu kimi daim yaddaşlarda qalacaq!"

Oxunub: 267
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az