Şuşa. İlahi ədalət..
1992 ci ilin mayında Şuşanın işğalına rəhbərlik etmiş «komandos» ləqəbli Arkadiy Ter Tadevosyan Şuşaya sahibinin qayıtdığını eşitdi, gördü və 31 mart 2021 ci ildə öldü.. “Şuşanı güc yox, ağılla götürmüşük deyib”, bizə uzun illər acıq verən Samvel Babayanın isə zəbt etdikləri şəhəri 2020 ci ilin noyabrında qorumağa nə ağlı, nə də gücü çatdı – o Şuşa fəthindən bir neçə gün öncə “Qala”dan qaçdı. 1992 ci ilin mayında Şuşaya qalib kimi girən Robert Köçəryan da bu gün Şuşanı görmək hüququndan məhrumdur. İndi o mədəniyyət paytaxtını ancaq xəyallarında canlandıra bilər.. “İlahi ədalət” deyilən anlayış təsəlli deyilmiş. Həyat bumeranqdır!!!
P.S. Şuşada hazırda xidmətdə olan qardaşlarım! 1992 ci ilin mayın 8-də Şuşada son damla qanına qədər düşmənə müqavimət göstərib şəhid olmuş hərbiçilərimizin xatirəsini ehtiramla anmağı unutmayaq.
Anar Həsənov
Oxunub: 283