" Ulu öndər Heydər Əliyev həm tarixi yaradan, həm də, tarixi şəxsiyyətdir " adlı tədbir keçirildi.




Şamaxı rayon Heydər Əliyev Mərkəzinin və Şamaxı Gənclər İdman İdarəsinin birgə əməkdaşlıq proqramına  əsasən Umummilli lider Heydər Əliyevin anadan olmasının 98- ci ildönümü ilə əlaqədar olaraq " Ulu öndər Heydər Əliyev həm tarixi yaradan, həm də, tarixi  şəxsiyyətdir " adlı tədbir keçirildi.
Mərkəzin direktoru Könül Eyvazova şagirdlər qarşısında çıxış edərək bildirdi ki, dahi öndər ömrünün çox hissəsini xalqın keşiyində durmuş , onun qarantı olmuşdur.Hələ Sovet dövründə Azərbaycana rəhbərlik etdiyi dövrlərdə respublikanın çiçəklənməsi, qurulması, xalqının firavan yaşaması üçün ömrünü bu işə həsr etmişdir.Daim xalqı ilə yaşayıb nəfəs alan dahi öndər, bu yolda ömrünü şam kimi əritmişdir.Azərbaycan onun rəhbərliyi dövründə yüzillərlə keçmədiyi yolu qısa müddətdə keçdi.
Gənclər və İdman İdarəsinin  baş məsləhətçisi Səbinə Bağırova , Şamaxı rayon UGİM-in direktoru Böyükxanım Rəhimova , Mərkəzin kitabxana bölməsinin əməkdaşı Nuridə Qədirova mövzu ətrafında çıxış etdilər.
Şagirdlər Mərkəzin eksponatlarindan və Uşaq Gənclər İnkişaf Mərkəzinin istedadlı şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirdikdən sonra maraqlı kompozisiya ilə çıxış etdilər.
Daha sonra Heydər Əliyev Mərkəzinin və Gənclər İdman İdarəsinin tədbirlərində müsabiqələrində  fəal iştirakına görə bir qrup şagird fəxri fərman və diplomla mükafatlandırıldı

Oxunub: 271
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az