
ATF istinadən.
Tokio Yay Olimpiya Oyunlarına taekvondo idman növü üzrə ikinci lisenziya Fəridə Əzizovadan gəldi.
Belə ki, Fəridə, bu gün Sofiyada keçirilən lisenziya xarakteli Avropa təsnifat turnirində rəqibi olan rumıniyalı Andreea Mocanu (8:2), ardından da çexiyalı Petra Stolbovanı (11:4) və ukraynalı idmançı Tatyana Tetereviatnikovanı (7:2) hesabı ilə məğlub edərək ölkmizə növbəti lisenziyanı gətirdi. Qeyd edək ki, Tokio-2020 Olimpiadası Fəridənin iştirak edəcəyi üçüncü olimpiada olacaq.
Digər qadın taekvondoçu Patimat Abakarova isə ilk rəqibi rumıniyalı Liana Musteata məğlub olaraq yarışı erkən başa vurub.
Sabah son yarış günüdür. Millimizin kişi taekvondoçusu, Radik İsaev 80 kq yuxarı çəki dərəcəsində yarışa qatılacaq. Ona bu çətin sınaqda uğurlar arzulayırıq!
Əldə olunan uğurlu nəticədə əməyi olan məqşiləri, göstərilən diqqət və qayğıya görə federasiya rəhbərliyini, eləcə də Azərbaycan taekvondo ailəsini təbrik edir, uğurların davamlı olmasını arzulayırıq!
Oxunub: 294
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az