Salyan Rayon Təhsil Şöbəsi.


Doğma torpaqlarımızın təcavüzkar düşmən tərəfindən işğal olunması faktı ilə heç vaxt barışmayan mövqeyi, sülhə, əmin-amanlığa, insanlığa istiqamətlənən görüşləri ilə İlham Əliyev hər zaman xalqımızın, vətənimizin mənafeyini qorumuşdur. Həqiqəti dananlara ədalətin, haqqın üzünü çəkinmədən cəsarətlə göstərə bilmişdir. Məhz onun yürütdüyü ağıllı siyasətin nəticəsində ölkəmizdə xalqın, dövlətin və ordunun milli həmrəyliyinə nail olunmuşdur. 
   Ölkəmizdə demokratik ənənələrin inkişafı şəffaf anlaşma mühitinin yaranması siyasətdə də yeni tərəqqi məzmunlu istiqamətlərin formalaşmasını şərtləndirmişdir.
  Belə ki, Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a birləşməsi bunun bariz nümunəsidir. Şübhəsiz ki, belə bir addımın atılması ölkəmizdə dialoq mühitinin dərinləşməsinə və demokratik dəyərlərin inkişaf etməsinə xidmət edəcəkdir. Siyasi partiyaların YAP-a qoşulmaq fikri bu partiyanın həqiqətən də xalq partiyası olduğunu sübut edir. YAP xalqın partiyası olaraq ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilir. Bu həm də  iqtidara qarşı olan müsbət ictimai rəyin artmasından xəbər verir. 
     Ölkə başçısının "Biz birlikdə güclüyük" fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapmışdır. Dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin birləşməsi faktı bunun bariz nümunəsidir.
     Hesab edirəm ki, siyasi partiyaların inteqrasiya nümunəsi daha səmərəli və effektiv siyasi fəaliyyətə səbəb olacaqdır. Bu isə öz növbəsində, ölkəmizdə yeni siyasi mənzərənin yaranması üçün zəmin yaradacaqdır.
      Öz siyasi proqramlarında başlıca məqsəd kimi Azərbaycanın ərazi bütövlüyünün bərpasını və "Turançılıq" ideologiyasını nəzərdə tutan bütün siyasi partiyalara Vətənimizin inkişafı naminə görəcəkləri gələcək işlərində uğurlar arzu edirəm.

Oxunub: 394
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az