ADPU-nun müəllim, əməkdaş və tələbələri həmkarlar ittifaqının “Yubiley döş nişanı” ilə təltif edilib.






ADPU-nun müəllim, əməkdaş və tələbələri həmkarlar ittifaqının  “Yubiley döş nişanı” ilə təltif edilib
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının yaranmasının 100 illiyi münasibəti ilə  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Həmkarlar İttifaqının 20 nəfər üzvü, universitetin Tələbə Həmkarlar İttifaqının isə  19 nəfər üzvü Həmkarlar İttifaqı hərəkatında xidmətlərinə görə İttifaqın “Yubiley döş nişanı” ilə təltif edilib. Təltif olunan müəllim, əməkdaş və tələbələr arasında o cümlədən ADPU-nun bütün filiallarının da nümayəndələri var.
ADPU-nun Həmkarlar İttifaqının təltif olunan üzvləri aşağıdakılardır: ADPU HİK sədri, dosent Əliyev Vaqif, Dadaşov Çingiz, Əliyev Mürvət, Cəbrayılov Şahin, Kərimli Tahir, Məhərrəmov Tahir, Rəhimova Nigar, Səfərova Yeganə, dosent Məmmədov Məlikməmməd, b/m İsgəndərova Kəmalə, dosent Mazanova Səadət, b/m Musayeva Gülşən, Səmədzadə Fəridə, dosent Vahabova Tamilla, laborant Əsgərova Şəfiqə, Nəşriyyat şöbəsinin müdiri Hacıyev Hüseyn, dosent Qasımova İradə, mütəxəssis Qurbanov Fikrət, şöbə müdiri Məhyəddinova Arifə və fəhlə Mikayılov Zabil.
ADPU Tələbə Həmkarlar İttifaqının üzvlərindən isə ADPU THİK sədri, dosent Məmmədov Vurğun, Tağızadə Adil, Abdullayeva Aytəkin, Əsgərov Kərim, Əyyubov Cavidan, Mirzəzadə Səkinəxanım, Ramazanova Aysel, Mahmudlu Mirniyaz, Əhmədova Tükəzban, Quliyeva Lamiyə, Adıgözəlova Lamiyə, Novruzova Gülnarə, Həsənli Mədinə, Hacıyeva Səma, Xanaliyeva Günay, Məmmədov Yusif, Şıxbabayeva Aygün, Əlizadə Elqayıd və İlhamə Şərifova təltif edilib.

Oxunub: 887
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az