
Şamaxı Dövlət Regional Kollecinin və YAP Şamaxı rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə "Heydər Əliyev Azərbaycana həsr olunmuş ömür" adlı videokonfrans keçirildi. Tədbiri giriş sözü ilə TGT-nın sədri açdı, bildirdi ki, Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Məhz bu dahi insanın səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoydu. O, milli dövlətçiliyin əsasını qoyan dahi lider idi. Ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz.
Çıxış üçün söz Təlim Tərbiyə işləri üzrə direktor müavini Bəşir Lazımova verildi. Qeyd etdi ki, Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərlik edib. Hər iki dövr Azərbaycan xalqı üçün böyük böhranların yaşandığı dövr olub. Azərbaycan SSRİ-nin tərkibində çox geridə qalmış bir ölkə hesab olunurdu. Ümummilli liderimizin hakimiyyətə gəlməsindən sonra qısa müddətdə Azərbaycan SSRİ-yə daxil olan dövlətlər arasında ən qabaqcıl respublikalardan birinə çevrildi.
Daha sonra kollecin tarix və coğrafiya müəllimi Türkan Qarayevaya söz verildi. O Heydər Əliyevin həyat və fəaliyyətindən geniş bəhs etdi. Ulu öndərin hakimiyyətə qayıtdığı zaman Azərbaycanda vəziyyətin ağır olduğunu bildirdi.Bir-birinin ardınca baş verən ağır siyasi proseslər, millətçi separatçılıq, Azərbaycanın dövlətçiliyini sarsıtmış, onun müstəqilliyini və azadlığını təhlükə altına almışdı. Belə çıxılmaz siyasi vəziyyətdə bütün bu çətinlikləri yaşadıqdan sonra millət birmənalı şəkildə dərk etdi ki, hər yetəndən “lider” ola bilməz. Onun özünə layiq rəhbəri olmadan bu fəlakətlərdən xilas ola bilməz. 1993-cü ilin yayında Azərbaycanda baş verən hakimiyyət dəyişikliyi onun daxili və xarici siyasət fəaliyyətinin də yeniləşməsinə və ölkənin strateji maraqları əsasında yenidən qurulmasına şərait yaratdı. 1993-cü il iyun ayının 9-da Heydər Əliyevin Azərbaycana qayıdışı Azərbaycan xalqının taleyində nə qədər önəmli rol daşıdığını vurğuladı.
Nəriman Nərimanov ev muzeyinin əməkdaşı Vəsilə Salmanova da öz nitqində Heydər Əliyev haqqında geniş söhbət açaraq ilk dəfə muzeyin açılışı zamanı ulu öndərimizin oraya səfərindən danışdı. Heydər Əliyevin xalqımız üçün keçirdiyi çətin və şərəfli ömür yolundan, xalqımız üçün misilsiz xidmətlərindən danışaraq nitqini bitirdi.
YAP əməkdaşı Altay Məmmədov da partiyanın yaradılmasında Ümummilli liderimiz Heydər Əliyevin rolundan və yaradılma tarixindən bəhs etdi. Eyni zamanda Heydər Əliyevin gənclərə göstərdiyi dəstəkdən, onların təhsil alması üçün müxtəlif ölkələrə dövlət hesabına göndərilməsini vurğuladı. Bu gün də Cənab Prezidentimizin bu uğurlu siyasəti davam etdirməsini bildirdi.
Daha sonra söz kollecin tələbələrinə verildi. Onlar da yüksək məsuliyyətlə öz hazırladığları şeir kompozisiyalarını və müxtəlif fikir, düşüncələrini təqdim etdilər.
Oxunub: 840
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az