Məgər sirdir ki, istənilən mülki hava limanı potensial və ehtiyatda olan hərbi aerodromdur?




Azər Qərib yazır:
"Zəngilanda hava limanı nəyə laızmdır" deyənlər, ciddisiniz?
Məgər sirdir ki, istənilən mülki hava limanı potensial və ehtiyatda olan hərbi aerodromdur? 
Yoxsa elə bilirsiniz PUA-lar sizin dronlarınız kimi evlərinizin damından qalxır səmalara? 
O bölgədə nə qədər çox uçuş-eniş zolağımız olsa, bir o qədər milli təhlükəsizlik nəzərindən bizə vacib və önəmlidir.
Zamanında "Qəbələdə hava limanı nəyə lazım" deyənlər də var idi, Gəncə atəşə tutulanda isə məhz Qəbələ oldu F-16-lar üçün ehtiyat məkanı. 
Hərbi siyasət kinodan da qəliz məsələdir, imkan verək bilənlər görsün bu işi...

Oxunub: 253
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az