İlk beş gün ərzində 1500 fərarinin olması.




Aprel döyüşləri zamanı "Arsaxın" "müdafiə naziri" Movses Akopyanı(fotoda solda) S.Sarqsyan 2016 ilin oktyabrında Ermənistan SQ-in Baş Qərargah rəisi təyin elədi. 
Paşinyan gələndən sonra onu vəzifədən çıxartdı, Baş inspeksiya idarəsinin rəisi qoydu. 
Müharibə vaxtı Xankəndində komanda məntəqəsində Anna Akopyanın xətrinə dəydiyinə görə Paşinyan Movsesi geri, Ermənistana çağırıb və komanda məntəqəsinə girişini qadağan eləmişdi.  
İndi Movses Akopyana qarşı hərbi sirri yaydığına görə cinayət işi qaldırılıb. 
 18 noyabrda Movsesin verdiyi mətbuat konfransında:
- müharibə vaxtı ehtiyatdan çağırılan qüvvələrin ordu sırasına daxil edilməsi əvəzinə könüllü dəstələr şəklində cəbhəyə göndərilməsi;
- Ermənistanda səfərbərlik planın 52%, Qarabağda 78% icra olunması;
- hərbi əməliyatların pis təşkil olunduğu, hərbi idarəçiliyin aşağı səviyədə olması;
- ilk beş gün ərzində 1500 fərarinin olması;
- müharibə vaxtı ictimayətə verilən hərbi məlumatlarda yalanın 30%-dən artıq olmamalı halda, 100% yalan olması
barədə sözləri hərbi sirrin yayılması kimi qiymətləndirilib. 
Şəkildə: oktyabrın 6-ı ya 7-i Ermənistan TV-nın Mərkəzi Komanda Məntəqəsindən verdiyi reportajda cəbhədəki əməliyat şəraitini əks etdirən xəritə düşmüşdü... 
Mövzuya uyğun video-kadr hesab elədim.
Nazim Bayram

Oxunub: 281
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az