125 nəfər UFAZ məzunu adını qazanmışdır.
Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev.
-Bu gün Azərbaycan-Fransız Universitetinin (UFAZ) ilk məzunlarına diplomların təqdim edilməsi mərasimində iştirak etdim. 2020-ci ildə 4 ixtisas üzrə (kompüter elmləri, kimya mühəndisliyi, neft və qaz mühəndisliyi, geofizika və geologiya mühəndisliyi ) 125 nəfər UFAZ məzunu adını qazanmışdır. Məzunların ölkəmizin inkişafına mühüm töhfələr verəcəyinə, peşəkar kadrlar olaraq cəmiyyətimizin rifah səviyyəsinin daha da yaxşılaşmasında mühüm rol oynayacağına inanıram. UFAZ-ın ilk məzunlarını bir daha təbrik edir və uğurlar arzulayıram.
Oxunub: 312