110 seriyalı avtomobil nömrələri verilirmi? - RƏSMİ CAVAB.





110 seriyalı avtomobil nömrələri verilirmi? - RƏSMİ CAVAB

Dünəndən sosial şəbəkələrdə 110 kodu (seriyası) ilə başlayan avtomobil nömrə  nişanının fotosu yayılıb. 

Ölkəmizdə avtomobil dövlət nömrə nişanlarının yeni kod ilə verilməsi ilə bağlı BiznesMedia-nın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi Namidan Piriyev bildirib ki, sosial şəbəkələrdə paylaşılan 110 kodu ilə olan avtomobil nömrələrinin vətəndaşlara verilməsinə başlanılmayıb.

“Həmin nömrə səfirliyə verilən nömrədir. Səfirliklərə həmişə fərqli nömrələr verilib. Vətəndaşlar üçün bu nömrələr hazırda verilmir. Həmin seriya ilə nömrələr vətəndaşlara da veriləcək, amma yaxın vaxtlarda gözlənilmir. Hazırda verilən nömrələr tam yekunlaşdıqdan sonra 110 seriyası ilə nömrələrin verilməsinə başlana bilər”,  – deyə N.Piriyev bildirib.

Oxunub: 1 300
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az