Aslan Hüseynovun ölüm xəbəri ilə bağlı açıqlama.
Aslan Hüseynovun ölüm xəbəri ilə bağlı DİN RƏSMİSİNDƏN AÇIQLAMA
Müğənni Aslan Hüseynov vəfat edib. Onun yol-nəqliyyat hadisəsi zamanı öldüyü deyilir. Qəza zamanı 55 yaşlı ifaçının yanında olan sərnişinin də vəfat etdiyi bildirilir. İfaçının ölüm xəbərini dəqiqləşdirmək üçün DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyevdən soruşduq. SİA-ya açıqlama verən Elşad müəllim xəbəri təsdiqlədi: "Müğənni Aslan Hüseynov Qaradağda avtomobil qəzası zamanı dünyasını dəyişib. Xəstəxayana çatdırılsa da dünyasını dəyişib. Mərhumun qəza zamanı tək və ya yanında kimlərinsə olduğu haqda heç bir məlumatım yoxdur".Qeyd edək ki, bir neçə gün bundan öncə Aslan Hüseynovun anası da vəfat etmişdi.
Oxunub: 315