“Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə rayonun idman ictimaiyyəti ilə onlayn görüş keçirildi.











Şamaxı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 05 mart 2021-ci il tarixində “Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə rayonun idman ictimaiyyəti ilə onlayn görüş keçirildi. Keçirilən tədbirdə  rayonda fəaliyyət göstərən idman yönümlü təşkilatların, klubların, federasiya və cəmiyyətlərin nümayəndələri, bədən tərbiyəsi və idman müəllimləri, veteran və yüksək nailiyyətlər qazanmış idmançılar və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər. Tədbiri giriş sözü ilə açan Şamaxı rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüsenov tədbir iştirakçılarını 5 mart bədən tərbiyəsi və idman günü münasibətilə təbrik etdi və Dövlət Başçısı cənab İlham Əliyevin 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən hər il martın 5-i Azərbaycanda “Bədən Tərbiyəsi və İdman günü” kimi qeyd olunmasını bildirdi. Ş.Hüseynov həmçinin ötən ilin əvvəlindən dünyanı ağuşuna almış, ölkəmizdən də yan keçməmiş koronavirus COVİD-19 pandemiyasının həyatımızın bütün sahələrinə öz mənfi təsirinin  göstərdiyini  qeyd  etdi. O, bildirdi ki,  bu sahələrdən biri də bədən tərbiyəsi və idman sahəsi oldu. Lakin buna baxmayaraq  pandemiya  dövründə  uşaq, yeniyetmə və gənclərimizin  sağlam olmaları  üçün  idarəmiz  tərəfindən təşkil olunmuş  “evdə qal, idmandan qalma!”, “evdə qal, sağlamlığını qoru!” və s. bu kimi devizli onlayn aksiyalara rayonumuzun idmançı, müəllim və məşqçiləri ev şəraitində qatılmış və yeniyetmə və gənclərimizə müxtəlif idman hərəkətlərini nümayış etdirmişlər. Ş.Hüseynov  bu tədbirlərlə yanaşı pandemiya dövründə  Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunmuş  tanınmış idmançılarla onlayn görüşlərdə rayonumuzun yeniyetmə və gənclərin  də iştirak etdiklərini bildirdi. Sonra i sə Şamaxı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Bəhlul Əliosmanov, Şamaxı Uşaq-Gənclər İdman-Şahmat məktəbinin direktoru Şəhriyar Soltan, Şamaxı rayon Təhsil Şöbəsinin metodisti Vaqif Qasımov, azgündəm.az saytının təsisçisi və baş redaktoru Kazım Cəbrayılov, Şamaxı Futbol Klubunun prezidenti Emil Sadıqzadə mövzu ətrafında çıxış etdilər. Çıxışlar bitdikdən sonra rayonda bədən tərbiyəsi və idman sahəsində mövcud olan problemlər  və görüləcək işlər haqqında müzakirələr aparıldı.





 

Oxunub: 389
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az