İş axtaran gənclərin nəzərinə!






İş axtaran gənclərin nəzərinə!
Mayın 4-də Qəbələ şəhərində “Karyera və iş yarmarkası” keçiriləcək.
#Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunacaq tədbirdə Qəbələdə fəaliyyət göstərən #turizm şirkətləri tərəfindən mövcud vakansiyalar haqqında məlumat veriləcək, iş yerləri təklif olunacaq.
Gənclərin məşğulluğunun təmin olunması məqsədilə keçirilən tədbir sonuncu kurs tələbələri və iş axtaran gənclər üçün açıqdır. 
Tədbir mövcud karantin qaydalarına uyğun olaraq açıq havada və müvafiq qaydalara əməl olunmaqla təşkil ediləcək.
“Karyera və iş yarmarkası” Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşəbbüsü, Dövlət Məşğulluq Agentliyinin 11 saylı Ərazi Məşğulluq Mərkəzi, #KOBİA və “Gabala Hospitality Group” ilə birgə əməkdaşlıq çərçivəsində keçiriləcəkdir.

Oxunub: 285
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az